"Qalatasaray" onu 30 milyon avroya "Bavariya"ya satdı - FOTO

"Qalatasaray" futbolçusu Saşa Boeyi "Bavariya"ya satıb.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi açıqlama yayıb.

"Bavariya" buna görə "Qalatasaray"a 30 milyon avro transfer haqqı və müəyyən şərtlərə əsasən 5 milyon avro bonus ödəyəcək.

Həmçinin Saşa Boey başqa bir kluba satılarsa, "Bavariya" reallaşmayan bonusların hamısını ödəməli olacaq.

Eyni zamanda, klublar iki yoxlama oyunu keçirəcək və gələn gəlirin 50 faizi "Qalatasaray"a ödəniləcək.

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeyi 2021-ci ildə Fransanın "Renn" klubundan 1.15 milyon avroya alıb. 23 yaşlı müdafiəçi cari mövsümdə 31 oyuna çıxıb və 2 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı