Bakıda yaşlı qadını qucağına alaraq onu narahat edərək video paylaşan yeniyetmə ilə bağlı araşdırmalar başlanılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Qurumun əməkdaşı Nurlan Əliyev bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb:
“Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.