​“Real” azarkeşlərindən Arda ilə bağlı tələb - “Mbappe alınmasın”

"Real Madrid" azarkeşləri türkiyəli futbolçu Arda Gülerin gələcəyinin parlaq olduğuna inanır.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası Madriddə “Real” azarkeşləri arasında sorğu aparıb. Sorğuda iştirak edənlər gənc ulduza daha çox forma verilməsini tələb ediblər. Bildirilib ki, Arda forma şansı əldə edərsə, oyununu nümayiş etdirə bilər. Azarkeşlər hesab edir ki, Mbappenin transfer edilməsi əvəzinə əsas heyətdə Ardaya şans verilməlidir. Bəzi azarkeşlər isə hesab edib ki, Arda icarəyə göndərilməlidir. Sorğuda iştirak edən bəzi azarkeşlər Ardanın başqa komandaya icarə verilməsini irəli sürüblər və qayıdandan sonra daha çox forma şansı əldə edəcəyini qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR