Arteta "Barselona"ya keçir? - Özü açıqladı

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Barselona"ya keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o iddiaları təkzib edib. Artetanın sözlərinə görə, iddialar yalandır. "Hazırda diqqətimi "Arsenal"a yönəltmişəm. Burada görəcəyimiz çox iş var" - Arteta deyib.

Qeyd edək ki, Xavi Hernandez mövsümün sonunda "Barselona"dan ayrılacaq. Onun yerinə Mikel Artetanın təyin olunacağı barədə iddialar dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR