Bankların məcmu kapitalın həcminə görə renkinqi

2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında məcmu kapitalın həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.

Metbuat.az xəbər verir ki, maliyyə hesabatına görə, hesabat dövründə bankın məcmu kapitalının həcmi 1,675 milyard manat olub.

Renkinqdə ikinci yeri 907,6 milyon manat dəyərində məcmu kapitalla Kapital Bank tutub.

Üçüncü yerdə 870,7 milyon manat dəyərində məcmu kapitalla Pasha Bank, dördüncü yerdə 498,1 milyon manatla Xalq Bank qərarlaşıb. Beşinci yeri isə 174,3 milyon manat dəyərində məcmu kapitalla Bank Respublika tutub.

İlk üç bankın məcmu kapitalının həcmi 3,454 milyard manat olmaqla, siyahıdakı ilk 10 bankın məcmu kapitalının (4,87 milyard manat) 70,91 faizini, Azərbaycanın bütün banklarının məcmu kapitalının (5,93 milyard manat) isə 58,25 faizini təşkil edib.

Azərbaycan banklarının məcmu kapitalın həcminə görə renkinqi aşağıdakı kimidir:

BanklarMəcmu kapital
1International Bank1,675 milyard manat
2Kapital Bank907,649 milyon manat
3Pasha Bank870,795 milyon manat
4Xalq Bank498,163 milyon manat
5Bank Respublika174,36 milyon manat
6Premium Bank170,987 milyon manat
7UniBank161,11 milyon manat
8AccessBank143,504 milyon manat
9Bank of Baku140,859 milyon manat
10Expressbank127,825 milyon manat
11Rabita Bank113,23 milyon manat
12ZiraatBank112,006 milyon manat
13AzersenayeBank111,647 milyon manat
14YapikrediBank88,187 milyon manat
15Turan Bank85,639 milyon manat
16VTB Bank83,638 milyon manat
17Avrasiya Bank79,216 milyon manat
18AFB Bank78,862 milyon manat
19Azer–Turk Bank78,557 milyon manat
20Yelo Bank61,377 milyon manat
21Nakhichivan Bank57,997 milyon manat
22Bank Melli Iran57,893 milyon manat
23BTB Bank50,977 milyon manat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı