"Roma" müdafiə xəttini gücləndirib.

Metbuat.az xəbər verir ki, paytaxt təmsilçisi "Leyptsiq"dən Anxelinyonu icarəyə götürüb. İspaniyalı futbolçu "Roma"da mövsümün sonuna qədər oynayacaq. Müqavilədə satınalma şərti də var. İtaliya klubu mövsümün sonunda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.

Qeyd edək ki, Anxelinyo mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, İstanbul klubunda 19 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.