Bitkoin bazarında son durum - "Hansı koini alacağını bilməyənlər..."

“Hazırda bitkoin bazarında 1 trilyon yarımdan çox bazar kapitallaşması var”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, bitcoin kriptovalyuta bazarında ən aparıcı oyunçulardan biridir:

"Düzdür, vaxt var idi ki, 3 trilyon kapitallaşma var idi. Amma sonradan 1 trilyon aşağı düşmüşdü. Hazırda bitkoin ən yüksüklərdə olmasa da, 40-45 min dollar arasında ticarət olunur. Bu da kifayət qədər yaxşı rəqəmlərdir”.

Ekspert bildirib ki, bu bazar üçün ETF-lərin yaradılması müsbət məqam oldu: “Bu o deməkdir ki, siz 1 bitkoin yox, bütün səbəti ala bilərsiniz. Həmin ETF hər bir bitkoindən bir az alır. Və sizdə həmin o ETF-i alanda bir yox, artıq bir neçə bitkoinə sahib olursunuz. Onu almaqla, onlarla bitkoinə investesiya etmiş olacaqsınız. Əgər hansı koini alacağınızı bilmirsinizsə, ETF almaq daha məqsədə uyğundur. Çünki bu daha az risk yaradır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı