ABŞ və İran qarşı-qarşıya - "Bu bölgədə münaqişələr olacaq"

“İran və ABŞ arasında gərginliyin artacağı gözləniləndir. Bunun ilk növbədə Yaxın Şərqdə təhlükə yaradacağı aydındır. İranın ABŞ hərbi bazalarına hücumu, ABŞ-nin Yaxın Şərqdə mövcudluğunu davam etdirməsinə imkan verir”.

Bunu Metbuat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, ABŞ-da uzun müddətdir Yaxın Şərqdəki hərbi missiyanın dayandırılması müzakirə edilir, bölgə ölkələri də buna çalışırlar: “Lakin son hücumlar, xüsusilə ABŞ hərbiçilərinin ölməsi ilə nəticələnən hücum, Vaşinqtonun bu bölgədə qalmasının vacibliyini gündəmə gətirdi. ABŞ-ın İrana birbaşa hərbi müdaxilə ehtimalı azdır. Daha çox İrana bağlı qüvvələrlə ABŞ-ın bölgədəki qüvvələri arasında münaqişələr ola bilər”.

Ekspert bildirib ki, belə bir gərginlik Cənubi Qafqaza təsir göstərməyə bilməz: “Arxa fonda müəyyən bir anlaşmanın olduğu görünür və bu gərginlik bir çox bölgəyə təsir edə bilər. Fikrimcə bu gərginlik, İranın Cənubi Qafqazdakı siyasətini daha da yumşaldacaq. Azərbaycan bu prosesi izləyir və həmişə belə qarşıdurmalardan uzaq dayanıb. Azərbaycan hər iki tərəflə daha sıx münasibətlərin qurulmasına çalışa bilər. Amma regional konteksdə baxsaq, İrana daha çox yaxın münasibətlər sərgiliyə bilərik. Çünki regional komissiyanın açılması Bakı üçün daha aktualdır. Amerika isə bu məsələdə erməni tərəfdə dayanmağı təklif edib. Hətta Prezident İlham Əliyev bildirib ki, Amerika-İran marşurutun açılmasına qarşıdır”.

Fotoğrafı Aç

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı