Astronomik təklifləri rədd edən Mourinyodan qəribə seçim

“Roma”dan isefaya göndəriləndən sonra ərəb klublarının astronomik təkliflərini rədd edən Joze Mourinyonun işləmək istədiyi klubun adı məlum olub.

Metbuat.az xəbər verir ki, Joze Mourinyonun İngiltərə premyerliqasına qayıtmaq istədiyi irəli sürülür. “Daily Mail”in məlumatına görə, portuqaliyalı çalışdırıcı 2016/17 və 2018/19 mövsümlərində çalışdığı "Mançester Yunayted"ə qayıtmaq istəyir. Xəbərdə Mourinyonun "Mançester Yunayted"dən ayrılma prosesindən narazı qaldığı və "Mançester Yunayted"in baş məşqçisi olaraq komandaya qayıtmağı və uğur qazanmağı hədəflədiyi bildirilib.

Mourinyonun bu barədə yaxınlarına da dediyi bildirilir. Mourinyo “Mançester Yunayted”də ümumilikdə 144 oyun keçirib və orta hesabla 1,97 xal toplayıb. Təcrübəli çalışdırıcı ingilis komandası ilə 1 dəfə Avropa Liqası, 1 dəfə İngiltərə Liqa Kuboku və 1 dəfə İngiltərə Superkubokunun qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR