Həftə sonunun bəxtəvər bürcləri: Sevgi, karyera və pul gözlənilir

Fevral ayının ilk həftə sonu bürclər üçün qeyri-adi tanışlıqlar baxımdan uğurlu keçəcək. Astroloqlar deyib ki, gərgin keçən iş həftəsindən sonra istirahətə fokuslanan bürclər yaxşı olardı qidalanma və yuxu rejimlərinə düzgün əməl etsinlər. Əks-halda baharda yeni addımlar atmağa enerji tapmayan bürclər yazın ilıq aurasından zövq ala bilməyəcəklər

Astroloqlar bu həftə sonunda sevgi və romantik münasibətlərdə müsbət dövrə daxil olacaq bürclər haqqında proqnoz veriblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk sırada qərarlaşan Buğa bürcüdür. Onlar bir neçə gün ərzində haqqında önəmli qərar verəcək insanla qarşılaşa bilərlər.

Xərçəng üçün fevral ayı ailə və münasibətlər baxımından olduqca xoş keçə bilər. Ailələri ilə daha çox vaxt keçirə və münasibətlərində daha xoşbəxt bir dövr yaşaya bilərlər. Maliyyə məsələlərində də şanslı olacaqlar.

Nə qədər də həvəsli olmasalar da Qoçlar üçün də həftə sonu maraqlı tanışlıqlar vəd edir. Ola bilər ki, çoxdan tanıdığınız şəxs sizə zəng edib iş birliyi təklif etsin. Hər halda bir neçə gün ərzində astroloqlar Qoçlara uğur vəd edir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı