Ölkədə yaşı 10-dan çox olan maşınların sayı AÇIQLANDI

2023-cü ilin 31 dekabrına olan məlumata görə, respublikamızda dövlət qeydiyyatına alınmış 1,774 min 77 nəqliyyat vasitəsindən istehsal ili 10 ilədək olanların sayı 266878-dir.

Metbuat.az Trend.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu da təxmin ölkəmizdə olan avtomobillərin 15%-dir.

"10 ildən 20 ilədək olanların sayı 707 min 623-dür. Bu da dövlət qeydiyyatına alınmış avtomobillərin 39,9%-ni təşkil edir. 20 il və ondan yuxarı olanların sayı isə 799526 ədəddir ki, bu da avtomobillərin 45,1 faizdir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı