"Azəriqaz" İstehsalat Birliyi soyuq aylarda qazın təzyiqinin azalması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev açıqlama verib. Qurum rəsmisi bildirib ki, tələbat artdıqca, təbii qazın verilişi də artır: "Əgər yay aylarında əhaliyə 10 milyon kubmetr həcmində qaz verilişi olursa, havalar soyuduqca bu 40 milyona qədər qalxa bilər. Təhlükəsizlik baxımdan qaz kəmərlərini yüksək təzyiq altında saxlamaq qaydalara uyğun deyil. Havanın temperaturu dəyişdikcə, respublika ərazisində qaz xəttlərində tənzimləmə işləri aparılır. Bu, bir neçə gün və yaxud bir neçə saat üçün də ola bilər. Bizim əməkdaşlarımız bu işlərlə yerlərdə məşqul olurlar. Ümumiyyətlə, təbii qazın verilişi ölkə ərazisində tələbata uyğun təmin olunur”.
Gülbəniz Hüseynli / Metbuat.az