Laporta yeni baş məşqçinin kim ola biləcəyini açıqladı

“Barselona” prezidenti Xuan Laporta yeni baş məşqçinin kimliyi barədə açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o hələ heç bir məşqçi ilə danışıqlar aparmadığını irəli sürüb. Xuan Laportanın sözlərinə görə, siyahıda bir sıra məşqçilər var və onların arasında “Barselona”nın keçmiş futbolçusu Rafa Markez də var.

“Heç bir məşqçi ilə danışmamışam. Bu, Dekonun işidir. Variantlarımız azdır. Bu sual Dekoya verilməlidir. Marquez də həmin siyahıdadır. O, oyunçuları yaxşı tanıyır. Klubun hesab edir ki, Rafa təcili təyin oluna biləcək məşqçidir” - Xuan Laporta deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı