Cəsədi çaydan tapılan Adilə Mehdiyeva ilə bağlı YENİ FAKTLAR - Qadının əri...

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Metbuat.az News24.az-a istinadən bildirir ki, dedektiv Kşiştof Rutkovski və komandası bir aydan çox müddətdə Adilə Mehdiyeva və onun iki aylıq oğlu Emilin işi ilə bağlı araşdırma aparıb.

Dedektiv bu hadisənin "intihar" olduğu qənaətindədir.

"Biz qadının övladı ilə birgə intihar etdiyi qənaətindəyik. Ən çox ehtimal olunan variant budur. Ola bilsin ki, bu hadisənin baş verməsinə səbəb Azərbaycan vətəndaşının üzləşə biləcəyi şok olub. Qadının əri kameradakı görüntüləri izlədikdən sonra başına gələnləri ailəsinə danışıb. Təəssüf ki, polis bu səs yazısını ictimaiyyətə yaya bilmir. Çox güman, qadın depressiyaya düşüb və buna görə də, intihara meyilli olub. O, həkimlərin və sosial xidmətlərin himayəsində olub, ancaq ona effektiv profilaktik kömək göstərilməyib".

Detektiv bildirib ki, bütün istintaq dövrü ərzində onun komandası həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparıb.

Qeyd edək ki, yerli polisi hələ də hadisələrin son versiyasını açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı