İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmadı

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

Metbuat.az xəbər verir ki, buna iclasda tələb olunan sayda deputatın iştirak etməməsi səbəb olub. Bu barədə parlament sədrinin müavini Şandor Lejak məlumat verib. Parlamentin iclasında 199 deputatdan cəmi 51-i iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı