"Fransa buna son qoymasa, regionda münaqişə olacaq" - Deputat

"Fransanın Cənubi Qafqazda münaqişə ocağını yenidən alovlandırmaq istəyi, Ermənistanı silahlandırması, Avropa İttifaqının missiyasını müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan sərhədinə göndərən və missiyanın tərkibini genişləndirməsi, bu da azmış kimi missiyanın tərkibində olan casus xarakterli şəxslərin Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərə yol verməsi göstərir ki, Fransa həm öz resurslarından, həmdə Aİ-nin resurslarından istifadə edərək regionda münaqişə yaratmaq niyyətindədir".

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. O bildirib ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq Fransanın təxribatlarının qarşısını alır:

"Hesab edirəm ki, Fransa bütün bu addımlarına son qoymasa, regionda münaqişə yenidən alovlana bilər. Biz bunda günahı yanlız Fransa və onun əlaltısı Ermənistanda görə bilərik. Azərbaycanın qırmızı xətti - milli maraqları mövcuddur. 44 günlük müharibədə olduğu kimi, bu maraqları qoruyuruq. Torpaqlarımızın suverenliyini qorumuşuq, bir addım daha olsa, yenə qoruyacağıq. Heç kimə güzəştə gedə bilmərik və getməyəcəyik. Fransanın bütün bu cəhdləri iflasa uğrayacaq".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı