“Qalatasaray”ın futbolçuları təəccübləndirdi: Oyun zamanı oyun oynadılar - VİDEO

Türkiyə kubokunun 1/16 mərhələsində “Qalatasaray” “Bandirmaspor”u qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun “Qalatasaray”ın 4-2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda maraqlı hadisələrdən biri ilk hissədə qeydə alınıb. Hakim qonaqların qapısına penalti zərbəsi təyin edib. Barış Alper Yılmaz, Tete və Halil Dervişoğlu “Qalatasaray”ın lehinə verilən penaltini vuracaq şəxsi müəyyən etmək üçün "daş, kağız, qayçı" oynayıb. Oyunda qalib gələn Halil Dervişoğlu penaltini yerinə yetirib və hesabı 2-0 edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı