Ançelotti Ardanın üzərindən xətt çəkib - Türk futbolçu tək şansını əldən verdi

İspaniyanın idman qəzeti “Mundo Deportivo” Arda Gülerlə bağlı diqqətçəkən iddia irəli sürüb.

Metbuat.az xəbər verir ki, qəzet Arda Gülerin “Real Madrid”in oyun planında yer almadığını yazıb. Məlumata görə, Arda zədələrdən sonra boşluğu aradan qaldırmaq üçün intensiv məşqlə məşğul olsa da, baş məşqçi Karlo Ancelotti digər oyunçulara üstünlük verir. Bildirilir ki, ümumilikdə 68 dəqiqə oynamaq şansı əldə edən Arda Gülerə üstünlük verilməməsinin əsas səbəblərindən biri Ceballosun Ardadan daha təcrübəli olması ilə yanaşı, klubda Modriç kimi təcrübəli futbolçunun olmasıdır. Brahim və Kamavinqa da Ançelottinin sevimli oyunçuları sırasındadır. Bellinghem isə əsas heyət oyunçusu hesab olunur. Məlumata görə, Rodriqo komandada axsayan yeganə futbolçudur. O, zaman-zaman parlasa da, performansı ötənilki göstəricidən uzaqdır.

Bildirilir ki, Arda Gülerin bu mövqedə oynamaq şansı ola bilərdi, lakin Brahim Diaz daha yaxşı oyun nümayiş etdirərək, Ançelottinin prioriteti ola bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR