Batumidə yaradılmış seçki məntəqəsində səsvermə başladı

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki Baş Konsulluğunda yaradılan seçki məntəqəsində səsvermə başlayıb.

Metbuat.az xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Məntəqə Seçki Komissiyanın sədri Baş konsul Pərviz İsmayılzadə bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verəcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı