Türkiyə MSK-nın sədri prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib

Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, bir sıra məntəqələrdə səsvermə prosesini izləyir.

A.Yener azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşəcək.

Xatırladaq ki, bir sıra ölkələrin MSK sədrləri prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı