Prezident seçkiləri ilə əlaqədar səsvermədə "exit-poll" keçirilir

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilir.

Metbuat.az xəbər verir ki, “exit-poll” üçün üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC akkreditasiyaya alınıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir.

Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı