Prezident seçkisi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisində də davam edir.
Metbuat.az-ın məlumatına görə, müəssisədəki məhbuslar Xəzər rayon 13 saylı ikinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verirlər.
41 saylı seçki məntəqəsinin sədri Elşad Kazımov bildirib ki, səsvermə prosesi başlayandan indiyədək 714 məhkum səs verib.
Seyranə Quliyeva / Metbuat.az