Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssəsində də prezident seçkiləri davam etdirilir.
Metbuat.az xəbər verir ki, müəssisədəki məhbuslar Xəzər rayon 13 saylı ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsində səs verirlər.
39 saylı seçki məntəqəsinin sədri Ağaxan Qasımov bildirib ki, 1487 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 950-dən çox məhkum səs verib.