Exit-poll: Prezident İlham Əliyev 93,9 faiz seçicinin səsini qazandı

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Zahid Oruc 1.8, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Razi Nurullayev 0.9, Elşad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səs yığıb.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri demokratiyanın qələbəsidir: "Qarabağda qələbə İlham Əliyevə inanılmaz dəstək göstərib. Qarabağla yanaşı, Azərbaycanın digər ərazilərindəki vətəndaşları da ona inamını ifadə edib. 2024-cü ilin nəticələri bu mənada təəccüb doğurmur”.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı