"Nümayəndə heyətimiz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib"

Fevralın 7-də GUAM PA-nın müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, mətbuat konfransında çıxış edən müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev nümayəndə heyətinin Sumqayıt şəhərində və Nərimanov rayonunda seçki məntəqələrində müşahidə apardığını deyib. O qeyd edib ki, prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik, prinsiplərə uyğun keçirilib.

“Səsvermə prosesində seçicilərin tam olaraq azad şəkildə səs vermələri təmin edilib. Qrupumuz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib və bizə şikayət daxil olmayıb. Bülletenlərin doldurulması prosesi şəffaf şəkildə həyata keçirilib. Seçkilər rəqabətədavamlı şəkildə baş tutub”, - deyə A. Əfəndiyev bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı