Naxçıvanda vergi ödəyicilərinin sayı 21 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Metbuat.az xəbər verir ki, bunların 95 %-i fiziki, 5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21 % artıb.

Ötən ay kommersiya qurumlarının 44 %-i elektron qaydada, 56 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı