Azərbaycanın qeyri-neft ixracı 22% azalıb

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu, 2022-ci ilə nisbətən 9,8 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı