Zaqatalada şagirdləri vuran sürücü tutuldu - DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalıavtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üçazyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətindən bildirildi ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR