Niderlandlı deputat Avropa Şurasını tənqid etdi

Mən bir həqiqəti aydın şəkildə başa düşmüşəm ki, hər şey dövlət və hökumət başçılarının Avropa Şurasının iclaslarında özlərini necə aparmalarından asılıdır. Əgər “sözəbaxan yaxşı oğlan” olsa öz ölkəsində nə istəsə edə bilər. Hətta siyasi rəqiblərini, jurnalistləri təqib etdiyinə, qanunlara məhəl qoymadığına görə nə Avropa Şurası, nə də Avropa Komissiyası ona heç bir söz deməyəcək.

Metbuat.az xəbər verir ki, bu sözləri Avropa Şurasında Niderlandı təmsil edən deputat, liberal-demokrat Sofi int Veld “Euronews”a müsahibəsində deyib.

O bildirib ki, müəyyən siyasi xətt yürüdənlər isə Avropa Şurası tərəfində tənqidlərə məruz qalır və qəbul edilmirlər.

Qeyd edək ki, Avropa Şurasında Yunanıstanda demokratik vəziyyət müzakirə olunub. Müzakirələr zamanı bildirilib ki, cinayət hadisələrini araşdırdığı üçün öldürülən jurnalisti qətlə yetirən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb. Bundan başqa, Yunanıstanda siyasi fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri elektron izlənməyə məruz qalırlar.

Niderlandlı deputat dolayısı ilə bildirib ki, Yunanıstanın və İtaliyanın Baş nazirləri Mitsotakis və xanım Meloni “sözəbaxan” olduqları üçün Avropa Şurası tərəfindən tənqid edilmirlər və onların adları insan hüquqları ilə bağlı hazırlanan hesabatlara salınmayıb. Lakin Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının iradəsinə tabe olmadan siyasət apardığına görə tənqidə məruz qalıb və qəbul olunmur. Bütün bunlar Avropa Şurasının əsas məqsədinin heç də demokratik ənənələri qorumaq deyil, üzv dövlətləri özünə tabe etməkdən ibarət olduğunu göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı