Putin 10 il əvvəlki sirri açdı: "ABŞ məndən istədi ki..."

"2014-cü ildə Ukraynadakı iğtişaşlardan əvvəl ABŞ V. Yanukoviçi "sakitləşdirməyimi" məndən xahiş etdi. Bunun qarşılığında isə müxalifəti sakitləşdirəcəklərini söz verdi. Yanukoviç bizdən ABŞ-nin xahiş etdiyi kimi, polis və ordudan istifadə etmədi. Lakin Kiyevdəki müxalifət çevriliş etdi. Bunu necə anlayaq? Ümumiyyətlə, o zamankı ABŞ rəhbərliyindən soruşmaq istərdim ki, siz kimsiniz?"

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri müsahibəsində Rusiya lideri V. Putin deyib. O, çevrilişin kimin dəstəyi ilə edildiyinə cavab verərkən, birbaşa ABŞ kəşfiyyatının adını çəkib:

"Əlbəttə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR