TƏBİB-dən 14 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA

Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu xəstəxanada vəfat edib.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü şəxs yanvarın 24-də saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub:

"Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə 06.02.2024-cü il tarixində vəfat edib”.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı