Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-dan Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.
Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.