Bakı-Sumqayıt yolunda piyada vuruldu - Tıxac yarandı

Bakı-Sumqayıt yolunda səhlənkarlıq edən piyadanı maşın vurub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub. Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində baş verib.

Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR