Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı övladını itirməsindən danışıb.
Metbuat.az bildirir ki, “Günaydın Azərbaycan” verilişində o, ATV-də işlədiyi dövrdən danışarkən deyib:
“Çox böyük çətinliklərim olub. ATV-də işlədiyim dövrdə çox stress yaşadım. Stresdən ilk övladımızı itirdik. Sonradan isə əkiz övladlarımızın olacağını öyrəndim. Bu xəbərdən sonra daima stresdən uzaq qalmağa çalışdım".