“Barselona”da Ronald Araujo və Frenkie de Yonqun başqa kluba transferi gündəmdə olduğu bir vaxtda Jül Kounde ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Koundenin başqa kluba transfer olacağı irəli sürülüb. “Mundo Deportivo”nun məlumatına görə, “Barselona” Kounde ilə bağlı təklifləri nəzərdən keçirək.
Qeyd edək ki, Jül Kounde bu mövsüm 29 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun hazırkı transfer dəyəri 60 milyon avrodur. Bundan əvvəl Ronald Araujo və Frenkie de Yonqun başqa kluba transferinin gündəmdə olduğu irəli sürülüb. Həmçinin Rafinyanın 70 milyon avro qarşılığında “Tottenhem”ə transfer ola biləcəyi qeyd edilib.