Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR