Yaralı hərbçimizin vəziyyəti AÇIQLANDI

Dünən sərhəddə ermənilərin təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü əsgər Xəlilzadə Pərvizin vəziyyəti normaldır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov deyib.

Baş həkim bildirib ki, yaralı dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib: “Xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub. Xəstəxanaya daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir".

E. İbrahimov deyib ki, çıxarılan güllə hərbi mütəxəssislərə təhvil verilib, mütəxəssislər tərəfindən verilən qiymətləndirməyə görə, xarici istehsallı snayper gülləsidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı