Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı