Bakıda “Azəriqaz”ın əməkdaşı döyüldü - FOTO

Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanova (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) xəsarət yetirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Hadisə ötən gün saat 15:30 radələrində baş verib. "Azəriqaz"ın əməkdaşları paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində 7 saylı binanın 13-cü mənzilində texniki baxış keçirmək istəyiblər. Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardım xidmətinə, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi polis bölməsinə aparıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək.

Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı