Borrelin çıxışı Azərbaycana qarşı siyasi hücumların başlanğıcıdır - Politoloq

"Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə və görüşdən sonrakı mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaları, onun silsilə böhtanlarının davamı kimi qiymətləndirmək lazımdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

"Borrel və onun timsalındakı erməni təəssübkeşləri Azərbaycana şər və böhtan atmaq üçün sanki bəhanə axtarırlar. Azərbaycanla Ermənistan arasında baş verən istənilən insidentdən, məhz Azərbaycana qarşı öz nifrətlərini ifadə etmək üçün istifadə edirlər. Son günlər baş verən hadisə və ona Borrelin münasibəti də bu qəbildəndir. Hadisəyə məhz erməni tərəfinin səbəb olmasının fərqinə varmadan, Borrel Azərbaycanı ittiham etməyə əsas tapa bilir. Bu da onun həqiqətən Azərbaycan düşməni olduğunu sübut edən əlamətlərdir".

Politoloq bildirib ki, Borrel və onun kimi Ermənistanın arxasında dayananlar Azərbaycana qarşı əsil düşmənçilik siyasəti yeridirlər:

"Onlar Ermənistanın döyüş cəbhəsində uğradığı məğlubiyyətin əvəzini diplomatik cəbhədə çıxmaq istəyirlər. Amma buna nail olacaqlarmı? Onların xəbəri var ki, Azərbaycan 30 ildən artıq bir dövrdə məhz diplomatik cəbhədə Avropa İttifaqı, AŞPA, ATƏT, ATƏT-in Minsk qrupu kimi təşkilatlarla mübarizə aparıb. Azərbaycan diplomatik mübarizədə də, hərbi sahədə olduğu qədər təcrübəlidir və kifayət qədər gücə malikdir. Borrelin dünənki çıxışı Azərbaycana qarşı yeni siyasi hücumların başlanğıcıdır. İndi biz Azərbaycanın dünənki "qisas" əməliyyatını, Azərbaycanın Ermənistana hücumunun yeni mərhələsi kimi təqdim etməyə cəhd edəcəklər. Bununla, Azərbaycanın Ermənistanla münasibətdə müəyyən güzəştlərə getməyə məcbur etməyi düşünən Borrel kimilər təbii ki, yanılırlar. Azərbaycan, onun əleyhinə atılan istənilən addıma qarşı ciddi tədbir görəcək və görür. Bu istər diplomatik sahədə olsun, istərsə də dünəki kimi döyüş cəbhəsində".

Səsi yüksəldikcə, daha da iyrənc...." - Əlimusa İbrahimov

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı