Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
Metbuat.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimİ olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.