TƏBİB məktəblinin ölüm səbəbini açıqladı

Fevralın 12-də saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, azyaşlıda 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:

“Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib. Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.

Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib. Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur”.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray Süleyman qızı İbrahimovanın qızılcadan vəfat etdiyinə dair məlumat yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı