UEFA-nın saytında səsvermə keçirildi - Minlərlə azarkeş Abdullah Zubiri seçdi

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Metbuat.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb. O, səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.

Xatırladaq ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı