Qəzzada ölənlərin sayı açıqlanıb

İsrailin 134 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 28 min 858 nəfərə çatıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada İsrailin 134 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verib.

Qudra, İsrail qüvvələrinin son hücumlarında daha 125 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 677 nəfərə çatdığını bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü Qudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR