Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.

Metbuat.az xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.

2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək.

Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.