Bələdiyyələrin gəlirləri açıqlandı

Bələdiyyələrin əvvəlki ildə 2020-ci illə müqayisədə, yerli büdcə gəlirləri 12 milyon manatdan çox (35%), o cümlədən, yerli vergilərdən daxil olmalar 6 milyon manat (43%) artaraq, 47,4 milyon manat səviyyəsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.

Bu sahədə artım dinamikası 2023-cü ildə də davam edib, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə doqquz ayda ümumi yerli büdcə gəlirləri 11 faizdən çox - 3,9 milyon manat artıb.

Həmçinin, bələdiyyələrin təqdim etdiyi məlumatlardan görünür ki, 2023-cü ildə əvvəlki illə müqayisədə 2,5 milyon manat (14%) çox torpaq və əmlak vergisi yığılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı