“Ermənistan Azərbaycanı Zəngəzurla şantaj edir, amma bu dəhliz reallıqdır” – VİDEO

Region üçün mühüm layihə olan Zəngəzur dəhlizininin çəkilişi qarşısıalınmaz prosesdir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.

O qeyd edib ki, bu gün İrəvan var gücü ilə dünyaya Azərbaycanın Ermənistan ərazisini işğal etdiyi, əsl məqsədin Zəngəzur bölgəsini nəzarətdə saxlamaqla Zəngəzur nəqliyyat xəttinin çəkilməsini reallaşdırmaq olduğu barədə şantaj xarakterli informasiyalar ötürür: “Bununla da böyük güclərin regionda hərbi mövcudluğunu təmin etməyə çalışır. Halbuki, 44 günlük müharibənin sonunda Ermənistanın imzaladığı kapitulyasiya sənədində regional kommunikasiyaların açılması, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru əlaqələrin yaradılmasına dair xüsusi bənd yer alır.

Son zamanlar dünyada dəyişən nəqliyyat və enerji xəritəsi Asiya ilə Avropanı, yəni Şərqlə Qərbi birləşdirəcək nəqliyyat xətlərinin yaradılması, bu fonda Orta Dəhlizin işə düşməsi ətrafında müzakirələri xeyli aktuallaşdırır. Gəlinən qənaət isə odur ki,Orta Dəhlizin mühüm həlqəsinə çevriləcək Zəngəzur marşrutunun çəkilişi artıq reallıqdır. Ermənistan beynəlxalq güclərin maraq dairəsində olan bu layihənin icrasının qarşısını heç bir halda ala bilməyəcək. Üstəlik, Azərbaycan və Türkiyə də, Rusiyanın iştirakı ilə bu marşrutun regionda sabitliyin təmininə və iqtisadi dividendlərin qazanılmasına səbəb olacağını bildirir”.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı