“Neftçi”nin sabiq prezidenti UEFA-dan təyinat aldı

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı