Kamil Zeynallının məhkəməsinin vaxtı bilindi - AÇIQLAMA

Moskvada saxlanılan tanınmış idman məşqçisi Kamil Zeynallının məhkəmə prosesi sabah keçiriləcək.

Metbuat.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə onun Rusiyada yaşayan dostu tanınmış iş adamı Heydər Həsənov məlumat verib:

“Dünən aeroportdan Bakıya qayıdarkən Kamili saxladılar. O, Moskvaya gələndə axtarışda olması ilə bağlı hansısa məlumat verməmişdilər. Yoxsa biz öncədən bir tədbir görərdik. Kamil saxlanıldıqdan sonra dərhal Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat verdik. O, Ermənistanın sorğusu əsasında saxlanılıb. İndi vəkillə polis şöbəsinə gedirik. Artıq onun tədsirləndirildiyi maddələr açıqlanıb. Kamilin məhkəmə prosesinin sabah keçirilməsi nəzərdə tutulur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı