Abşeronda əmisi və onun ailəsini qətlə yetirən şəxs məhkəməyə çıxarıldı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda əmisi və onun ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 7-sinə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü S.Həşimov Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində, qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqla öldürüb, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova balta ilə çoxsaylı xəsarətlər yetiriib.

Toplanmış sübutlar əsasında S.Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı